Biz bir çox orta sinif ailələrinə sığınacaq verən çoxmərtəbəli bina kompleksindəki kiçik mənzillərdən birində yaşayırıq. Ancaq yaşayış kompleksimizə yiyələnmiş Felis Domestica ailəsinin üzvləri Homo Sapiens üzvlərini sayca üstələyə bilər. Çünki caynaqlı pençələri olan bu dörd ayaqlılar, aslan, pələng, vaşaq və oselotlar kimi öz qohumları ilə öyünür və ətrafda heç kimdən qorxmurlar. Doqquz canlı və artan pişik əhalisi hər kəsi narahat edir, amma çoxlarına məzəli rahatlıq hissini də bəxş edir.
Ərazi baxımından, küçəmizdə bu pişiklərin öz dəqiq sərhədləri var. Məsələn, zirzəmi ərazisi. Birinci və ikinci mərtəbədəki siçan övçuları, qorunan ərazi xətlərinin qarşısındakı mətbəxə girməkdən başqa, öz mərtəbələrindən kanara çıxmırlar. Eyvan yalnız gənclər üçün ayrılmışdır və vaxtilə Siamdan olan aristokratlar tərəfindən yuyunmaq və günəş vannaları qəbul etmək üçün istifadə olunur. Bəzi Don Juan pişiklər onlar üçün sığınacaqı olmayan gözətçi kabinəsi kimi yerlərdə uzun bir xorultulu yuxu üçün özlərinə rahat künclər tapırlar. Tanrı bu pişiklərə biri mırıldamaq, digəri miyavlamaq üçün iki boğaz hədiyyə etmişdir. Bunların bəziləri pişik sopranoları qismində rayonumuzda xüsusi günlərdə gecə orkestrlərini işə salmaqla bütün sakinlərin yuxusuna haram qatırlar.
Pişik kimi tərtəmiz olmaq istəyən bəzi sakinlər, bu boz pişiklərin əşyalarını qarışdırdıqda əsəbləşirlər. Sakinlər arasındakı şahinlər düşünürlər ki bu pişiklərin quyruqlarından tutaraq çöla atılmaları lazımdır. Lakin məhlə göyərçinləri qərarsızdırlar. Onlar pişiyin hansı tərəfə tullanacağını gözləyirlər. Yaxşı, gəlin görək bu məsatnın son zəngini kim çalacaq!